3 Aprel 2016 00:57
353

Bakının Nəsimi rayonunda ötən ilin sonunda baş verən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Daşqın Gəncalıyev tutulub.

Daşqın Gəncalıyev ötən il dekabrın 24-də Nərgiz Səfərovanın 100 manatını, qızıl üzüyünü və sənədini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: