18 İyun 2014 17:27
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evində ağır cinayət törədən Sumqayıt şəhər sakini Bəndalı Qarayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 2013-cü il oktyabrın 14-də Sumqayıt şəhərin Yeni Yaşma bağlar sahəsində Bəndalı Qarayevə məxsus bağ evində həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb.

Müəyyən edilib ki, Siyavuş Nəbiyev Bəndalı Qarayevin evinə qonaq gəlib. Onlar yeyib-içəndən sonra mübahisə ediblər. Mübahisə zəminində Bəndalı Siyavuş Nəbiyevi döyürək öldürüb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bəndalı Qarayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: