20 May 2016 16:10
215

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Surac Abdullayev idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: