30 May 2016 16:55
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda evlərdən oğurluq edən şəxslər həbs olunub.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Abşeron rayon sakini Sumbat Xəlilov tutulublar.

Elvin Məmmədov həbsxanadan çıxandan sonra Sumbat Xəlilov ilə tanış olub.

Əvvəllər də evlərdən oğurluq etdiyi üçün məhkum olunan Elvin Məmmədov Sumbat Xəlilov ilə birlikdə cinayət törətməyə başlayıblar.

Onlar cari il yanvarın 17-dən aprelin 18-dək olan müddətdə Bakı şəhər sakinləri B.Hacıyevə, E.Kərimova və M.Hüseynzadəyə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: