Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub. Moderator.az xəbər verir ki, 2016-cı ildə işıq üzü görən ikinci sayıdır.
Jurnalın bu sayında aşağıdakı maraqlı yazılar və əsərlər yer alıb:
"Nobel kürsüsü" rubrikasında – Nəcib Məhfuzun Nobel nitqi və hekayələri;
“Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanı;
“Məktub” rubrikasında Con Steynbekin yazışmaları;
“Hekayə” rubrikasında Filip Rotun “Mövhumatçı” hekayəsi;
”Poeziya” rubrikasında İqor Pavlyukun şeirləri;
“Klassik hekayələr” rubrikasında Çinua Açebanın “Şirin bala”, Amos Oz “Küləyin yolu”, Misimanın
“Vətənpərvərlik” adlı hekayələri
“Esse” rubrikasında Henri Millerin “Yazıçılıq haqqında düşüncələr”i;
“Türk dünyası” rubrikasında Camal Şakar “Günəş” və “Səslər”, Osman Çeliksoyun “Atamı gördüm” hekayələri;
“Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsərindən bir parça;
“Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” adlı qeydləri;