15 İyul 2016 14:34
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aktrisalığımı qohumlarım hələ indi qəbul edirlər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış gənc aktrisa Rada Nəsibova deyib.

O, sənətinin çətinliyindən danışıb: “Azərbaycanda aktrisa olmaq başqa ölkələrə nisbətdə daha çətindir. Başqa dövlətlərdə sevgi və sənətə diqqət var. İnsan bəzən arzularla, ümidlərlə yaşayır. Amma çətinliyi görəndə başa düşürsən ki, heç də hər şey sənin istədiyin kimi deyil. Elə bilirlər ki, biz efir adamıyıqsa, bizdə hər şey gözəldir. Sənətimi çox sevirəm, işimi sevə-sevə görürəm. Peşman deyiləm, amma çox çətinliyi olduğunu görürəm. Söz-söhbət tükənmir, kənardan münasibət birmənalı deyil, yəni cəmiyyətin qınağı çoxdur. Kənardan isə bu sənət insana çox şirin, gözəl gəlir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər