Rusiyanın nüfuzlu ədəbiyyat jurnalı olan “Bereqa” yeni sayında Azərbaycan şairi Salam Sarvana geniş yer ayıraraq onun 30 şeirini dərc edib.
Jurnal öz tanıtım qeydlərində Salam Sarvanı Azərbaycanın çağdaş modernist şairi kimi xarakterizə edib.
Moderator.az xəbər verir ki, şeirləri rus dilinə tərcüməçi Nicat Məmmədov çevirib. Çoxsaylı oxucu auditoriyasına malik olan jurnalda işıq üzü görən 30 şeir Salam Sarvanın müxtəlif illərdə yazdığı şeirlərin içindən seçilib.