14 Fevral 2017 10:34
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Pyotr Çaykovskinin "Şelkunçik" baleti nümayiş etdiriləcək.

Teleqraf.com teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində quruluşçu xoreoqraf və işıq üzrə rəssam azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında nümayiş olunacaq balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale" truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.


Müəllif:

Oxşar xəbərlər