19 Sentyabr 2017 21:22
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 132-ci doğum günü ərəfəsində respublikada ənənəvi musiqi tədbirləri keçirilir.

Teleqraf.com xəbər verir ki, ölkədə qeyd olunan Milli Musiqi günü ilə bağlı Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və İçərişəhər Dövlət Qoruğu İdarəsinin birgə layihəsi əsasında “Musiqi Günü” adlı konsert keçirilib.

Tarixi memarlıq abidəsi olan Qız Qalasının önündə keçirilən konsertdə əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri çıxış edib. Konserti kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqov idarə edib.

Qeyd edək ki, konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Arif Məlikov, Səid Rüstəmov, Qənbər Hüseynli, Ramiz Mirişli, Elza İbrahimova və digər bəstəkarlarımızın əsərləri səslənib.

Konsertin gedişində Azərbaycan Televiziyasının solistləri və Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Almaxanım Əhmədli, Pərviz Qasımov adı çəkilən bəstəkarların mahnılarını ifa ediblər.

Konsert şəhərin sakinləri və eləcə də turistlərin zövqünü oxşayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər