Xəbər verdiyimiz kimi, müğənni Emin Ağalarov Prezident İlham Əliyev tərəfindən "Xalq artisiti" adına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, müğənni şəxsi İnstaqram hesabında 2012-ci il "Avroviziya” müsabiqəsinin açılışında "Never enough” mahnısını ifa edərkən çəkilən görüntüləri paylaşıb.
O, Azərbaycan bayrağını öpərkən çəkilən görüntülərin üzərinə "Çox sağ ol, Azərbaycan” sözlərini yazaraq, sevincini ifadə edib.