19 Noyabr 2018 19:58
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın İntellektual Birincisi” layihəsisnin Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Mingəçevir şəhərində keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri isə Şəmkir şəhərində keçirilib.

Hər iki iqtisadi rayon üzrə baş tutan zona turnirində “İrəli” İB-nin sədri Mirhəsən Seyidov iştirak edib.

Çıxış edən M.Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb və sonda layihə iştirakçılarına uğurlar arzulayıb.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində "Vətəni tanı" intellektual oyununda Yevlax, "Xəmsə"intellektual oyununda Ucar, ,"Axtar-tap","Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Mingəçevir şəhərinin gənc intellektualları qalib olublar.

Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində "Xəmsə", "Vətəni tanı", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Gəncə şəhərinin, "Axtar-tap" intellektual oyununda Tovuz rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Layihənin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər