25 Oktyabr 2019 11:07
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da saat 15:00-da Yeni Günəşli ərazisində Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə şair İlham Qəhrəmanın imza günü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, həmin gün oxucular “Laçın” mərasim evində İlham Qəhrəmanın yeni dərc olunmuş "Şairin vətəni sevgidir" şeirlər kitabını özünə imzalatmaq fürsəti əldə edəcəklər.

İmza günündə oxucular İlham Qəhrəmanın indiyə qədər çap olunmuş "Laçın lətifələri", "Sevgi durna çırağıdır", "Ağlama, qələm eşidir" və toplayıb tərtib etdiyi Sarı Aşığın "Gül dəftəri" kitablarını da əldə edə biləcəklər.


Müəllif: Teleqraf.com