Rusiyanın məşhur aktyoru Marat Başarovun həyat yoldaşı arktisa Yekaterina Arxarovanı vəhşicəsinə döyməsi ilə bağlı qalmaqal səngimir.
Başarovun döydüyü xanım ağır halda xəstəxanaya yerləşdirilib. Arxarovanın gözlərinin kor olma ehtimalı var.
Həftə sonu “Pust qovaryat” proqramının aparıcısı Andrey Malaxov Yekaterina Arxarovanı xəstəxanada ziyarət edib. Həftə arası planlaşdırılan proqramın translyasiyası zamanı Yekaterinanın məsələni açıqlayacağı gözlənilir.
Yazıçı və ictimai xadim Maria Arbatov bloqunda bu barədə yazıb:
“Bu gün Yekaterina Arxarovanın vəkili ilə danışdım. Bu məsələdən bir ay keçməsinə baxmayaraq Yekaterinanın vəziyyəti çox ağırdır. Malaxovun müsahibəsindən sonra isə onun temperaturu qalxıb və düşmür. Onun artıq zədə almış gözü görmür. Əslində, bu, olduqca ciddi məsələdir. Malaxov həbs edilməlidir”.
Qeyd edək ki, evə sərxoş halda gələn Marat Başarovun arvadını vəhşicəsinə döydükdən sonra qadını evdən qovduğu bildirilir.
Yekaterina huşsuz vəziyyətdə qonşular tərəfindən tapılıb. Yekaterina Arxarova aldığı zərbədən komaya düşüb. Həkimlər qadına kəllə-beyin travması, burun sınığı və gözdə qansızma diaqnozu qoyublar.
Həkimlərin səyi nəticəsində qadın komadan ayılıb. /Ans/