6 May 2014 15:14
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçirdiyi ağır qəza nəticəsində beyin qanaması keçirən və 46 gündür komada olan tanınmış teleaparıcı və aktyor Kənan İşıqın vəziyyəti haqqında xəbər var.

Teleqraf.com xəbər verir ki, "Amerikan Xəstəxanası"ndan verilən məlumata görə, beynindən ağır xəsarət alan aktyorun müalicəsində irəliləyiş var.

İşıqın həkimi bildirib ki, bu gün aparılan müayinə vaxtı xəstənin beyin təzyiqinin azalması müşahidə olunub:

"Xəstəmizin vəziyyəti stabildir. Onun müalicəsi davam etdirilir."


Müəllif: