7 Aprel 2022 17:27
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktrisası Emma Uotson “Disney Plus”un yeni layihəsi olan “Atatürk” serialında çəkiləcək.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisanın serialda tərəf müqabili tanınmış aktyor Aras Bulut İylemlidir.

Aktyor “Disney Plus”un yeni layihəsi olan serialda Atatürk obrazını canlandıracaq. Emma Uotsonun hansı rolu oynayacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Serialın çəkilişləri yay aylarına doğru başlayacaq. Tamaşaçılar serialı Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü olan 2023-cü ildə izləyə biləcəklər.

Altı seriyadan ibarət olacaq ekran işinin rejissoru Mehmet Ada Öztekindir. Serialın musiqilərini isə Oskar mükafatçısı Hans Zimmer bəstələyəcək.


Müəllif: Nərmin