26 May 2022 17:43
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin genişləndirilmiş iclası keçirilib.

Bu barədə Teleqraf.com-a açıqlamasında İdarə Heyətinin katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, iclasda mayın 31-də keçiriləcək konfransın yeri, vaxtı təyin edilib, gündəliyi təsdiq olunub.

İclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Mirbala Səlimli, Ziya Şıxlinski, rejissorlar Oleq Səfərəliyev, Tahir Tahiroviç iştirak edib.

Bununla yanaşı Kinematoqrafçılar İttifaqının üzvlüyünə ərizə verənlərin namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenarist Reyhan İsayeva, Elza Ağayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayev Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.

Qeyd edək ki, mayın 31-də keçiriləcək konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər