8 May 2014 11:24
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımovanın “Xalqımızın İbadısan” adlı yeni klipi artıq internetdə yayılıb.

Teleqraf.com xəbər verir ki, yeni klip “Addım Gənclər Təşkilatı” tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

Nisə Qasımova yeni mahnını Azərbaycan Respublikası Prezidenti yaninda Gənclər Fondunun dəstəyi ilə yaradılan “Modern Art Academy”nin vokal bölümünün gəncləri ilə birgə oxuyub.

Musiqili video şəklində təqdim olunan layihə Milli qəhrəman İbad Hüseynova həsr olunub.

Sözügedən musiqinin sözləri Gülşən Behbud, musiqisi isə İmruzə Hüseynovaya aiddir.

Aytən Həsənova

FOTOLAR: Xəyal


Müəllif: