28 Oktyabr 2022 12:35
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Netflix” istehsalı olan “Tac” serialı 1997-ci ildə şahzadə Diananın ölümcül avtomobil qəzası anını çəkir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hazırda serialın çəkilişləri avtomobil qəzasının baş verdiyi yerin yaxınlığında - Parisdə, “Pont-del-Alma” tunelinin yaxınlığında aparılır.

Serialın yaradıcıları şahzadə Çarlzın (indiki kral III Çarlz) keçmiş həyat yoldaşının ölüm anını “incə” göstərəcəklərini vəd ediblər. "Toqquşmanın dəqiq anı nümayiş olunmayaacq" - deyə bildirilib.

Ekran əsərinin beşinci və altıncı mövsümlərində şahzadə Diana rolunu Elizabet Debiki canlandırır.

Məlumat üçün bildirək ki, istehsalçı şirkət serialın beşinci mövsümünün treylerini yayımlamış və belə bir qeyd əlavə etmişdilər:

"Həqiqi hadisələrdən ilhamlanaraq yaradılan bu ekran əsəri kraliça II Elizabetin hekayəsindən və onun hakimiyyətini formalaşdıran siyasi və şəxsi hadisələrindən bəhs edir.”


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər