27 Aprel 18:03
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Dünyaya nur saçan qadın “ adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümumilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir Respublika Klinik Xəstəxanasının inzibati binasında davam etdirilib.

Tədbirin aparıcısı, Ümumi şöbənin müdiri Əli Quliyev tərəfindən tədbirin məqsədi və mahiyyəti haqqında qısa məlumat verilib, sonra dövlət himni səslənib. Ulu öndər Heydər Əliyevin, görkəmli Akademik Zərifə Əliyevanın və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatan Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini vurğulayıb.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova məruzələrində Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım Əliyeva zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi izlər qoyub. B.Nəbiyev həmçinin prezident İlham Əliyev kimi müdrik şəxsiyyət və qəhrəman sərkərdəyə sahib olduğumuz üçün Zərifə xanıma borcluyuq .

Sonra çıxış edənlər Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov, Oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva, həkim-oftalmoloq Təranə Bektaşi Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər