7 Dekabr 2022 18:42
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Con Travolta instaqram səhifəsində mərhum aktrisa Kirsti Elli ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, aktyor Kirsti Ellini belə yad edib:

“Kirsti həyatımda tanıdığım ən qeyri-adi qadınlardan biri idi. Sən xüsusi idin. Mən səni sevirəm, Kirsti. Bilirəm ki, biz yenidən görüşəcəyik”.

Qeyd edək ki, aktrisa “İki: mən və mənim kölgəm” filmindəki rolu ilə məşhurluq qazanıb. 2000-ci illərin əvvəllərində artıq çəki ilə bağlı problemlər yaşamağa başlayan Kirstinin boyu 178 sm, bədən çəkisi 135 kq-a çatıb. Yaradıcılıq karyerası ərzində o, 70-dən çox layihədə rol alıb.

Son zamanlar xərçənglə mübarizə aparan aktrisa ötən gün 71 yaşında Floridada dünyasını dəyişib.


Müəllif: Pərvin Cəfərova