23 Fevral 2023 12:28
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rasim Cəfərin rol aldığı “Ararat” (Ağrı dağı) filmi məşhur Berlin Film Festivalının “Alman Kino Perspektivi” bölümündə yarışır.

Teleqraf.com xəbər verir ki, bu barədə aktyor özü məlumat verib və sosial şəbəkə hesabında fotolar paylaşıb. Aktyor festivala həyat yoldaşı, ssenarist Reyhan İsayeva ilə qatılıb.

Türk əsilli alman rejissoru Engin Kundağın ekranlaşdırdığı filmdə tanınmış aktyor Hasan adlı ata obrazını canlandırır.

Ekran əsərində Berlində yaşayan və sevgilisinə zərər vermək niyyəti ilə yol qəzası törətməkdə ittiham olunan Zeynəb çarəni Ağrı dağının ətəyində yaşayan valideynlərinin evinə sığınmaqda tapır. Cinsi tabulara əhəmiyyət verməyən Zeynəbin davranışı həm ailəsini, həm də cəmiyyəti alt-üst edir.

Filmdə həmçinin hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa Roza İbadova-Kocamaz da rol alıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər