“Həyatsevər bir insanam. Mənim üçün günorta yatmaq məfhumu yoxdur. Yuxudan durandan həyat başlayır və gecəyə qədər davam edir. Və həyat da qaynar olmalıdır. Özüm pozitivəm, çalışıram ki, ətrafımdakı insanlardan da o enerjini alım. Düşünürəm ki, bu, bir az da genlə əlaqəlidir”.
52 yaşlı əməkdar artist Elman Rəfiyev cavan və formada qalmağın sirrini Teleqraf.com-la bölüşərkən deyib.
“Atam yeriyəndə ona çata bilmirəm. Yəni o qədər sürətli yeriyir. 25 ildir gündə bir dəfə yemək yeyirəm. Evdən çıxanda bir fincan qəhvə içməyim bütün günümə bəs edir.
Aktyor daim seçilib, formada qalmalıdır. 8 saat yatmağa diqqət edirəm. Bəzən işlə əlaqədar 3-4 saat yatıramsa, növbəti gün 15 saat yatıb onun əvəzini çıxıram”.