Tanınmış ssenarist Fariz Əliyevin qorxu-komediya filmi olan "Cin Atı"nın nümayişi olacaq.
Teleqraf.com xəbər verir ki, film noyabrın 29-da Nizami Kino Mərkəzində tamaşaçılarla təqdim ediləcək.
Filmdə baş rolları əməkdar artisti Dilarə Əliyeva, aktyor Müşviq Şahverdiyev və aktrisa Nərmin Xankişiyeva yer alıb.
Filmdə mövzusu maraqlı və mistikdir. Qadın son nəfəsində əri ilə şərt kəsir ki, ölümündən 40 gün sonra ailə qursun. Əri həyat yoldaşının sözlərinə əhəmiyyət vermir. Dünyasın dəyişən qadının ruhu ərini və onun sevgilisinə qovuşmağa macal vermir.