22 Yanvar 14:12
4 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Təhminə" filminin baş qəhrəmanlarını canlandıran Xalq artisti Fəxrəddin Manafovla türk aktrisası Meral Konrat Ankarada görüşüblər.

Teleqraf.com xəbər verir ki, həmin görüşdən fotonu Azərbaycan Kino Agentliyinin nümayəndəsi Rəşad Qasımov sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"32 il sonra Təhminə və Zaurla axşam yeməyindəyik".

Qeyd edək ki, bu gün Türkiyədə Azərbaycanın Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçiriləcək.

Azərbaycan və Türkiyə Respublikalarının Mədəniyyət Nazirlikləri, TÜRKSOY, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rasim Ocaqovun həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi təşkil olunacaq və 1993-cü ildə ekranlaşdırdığı “Təhminə” filmi göstəriləcək.


Müəllif: Nərmin

Oxşar xəbərlər