28 Aprel 13:33
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanı devirmək o qədər də asan məsələ deyil.

Teleqraf.com xəbər verir ki, bunu müxalif “Ana Ermənistan” Hərəkatının lideri Andranik Tevanyan deyib.

Siyasətçi ordu və güc strukturlarının hələ də Paşinyanın tərəfində olduğunu bildirib:

"Paşinyanın reytinqi aşağı düşüb, amma bu o demək deyil ki, onu vəzifədən uzaqlaşdırmaq saatlar və ya günlər məsələsidir. O, güc strukturları və kənar dəstəyin köməyi ilə kürsüdə qala bilər".

Tevanyan hesab edir ki, alternativ siyasi-ideoloji xətt, inandırıcı lideri olan komanda, sistemli təşkilatlanma, hakimiyyət dəyişikliyinin idarə olunması, təkcə partiyaların üzvləri yox, geniş xalq kütlələrinin cəlb edildiyi itaətsizlik hərəkatı və hakimiyyətin daxildən parçalanması prosesi olarsa, Paşinyanı devirmək mümkün olardı. Tevanyan hazırda belə bir durumun olmadığını qeyd edib.

Xüsusən də, onun sözlərinə görə, hazırkı məqamda hökumət daxili və güc strukturlarında çatların yaranması, yaxud hakimiyyət piramidasının dağılması ehtimalı sıfıra bərabərdir:

"Məsələn, Kirantzda etirazçılara qoşulan müqaviləli hərbçilər haqda 180 dərəcə fərqli fikir söyləmək olmaz. "Yaşasın, hərbçilər xalqın tərəfinə keçdilər" demək mümkün deyil. Belə fikirlərin təkrarlanması depressiyaya səbəb ola bilər. Nə həyəcanlanmaq, nə də məyus olmaq lazımdır".

Tevanyan artıq etirazlara qoşulan azsaylı hərbçilərin də geri çəkildiyini vurğulayıb.

Onun fikrincə, qüvvələr balansı Paşinyanın xeyrinədir, məsələni bu baxımdan dəyərləndirmək lazımdır:

"Hərbçilər güc balansının dəyişdiyini zənn edərək, öz addımlarını atdılar və etirazlara qoşuldular. Amma sonradan məlum oldu ki, hakimiyyətin hələ də kifayət qədər gücü var ki, onları öz addımlarından geri çəkilməyə məcbur edə bilsin. Eyni şey polisə də aiddir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər