28 Aprel 11:46
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, yığma Tacikistan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com