İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın baş iqtisadçısı
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.