19 May 2014 16:54
3 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardaşımın azadlıqda olması kiməsə mane olur”

“Qardaşımın azadlıqda olması kiməsə mane olur. Və o adam da bu dəqiqə vəzifədə oturur. Kimdisə Allah onun bəlasını versin”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşının həbsi ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib: “Mən Prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya müraciət edirəm. 15 ildir ki, qardaşım ibadətlə məşğuldur. Bütün məhkəmə prosesi bizim lehimizə idi. Orda fakt, sübut yoxdur. Ekspertiza qardaşımın qanının tər-təmiz olduğunu sübut etdi. Yenə deyirəm, məhkəmə onun günahsız olduğunu bütün proses boyu sübut etdi, amma hakim dərindən ah çəkərək, peşman-peşman 8 il 4 ay verdi. Bu qədər haqsızlıq olar? 15 il sifariş verib onu yatızdırdınız. 3 ay idi ki, çıxmışdı yenə sifariş verib tutdurursunuz? Apelyasiya məhkəməsinə verəcəyik. Amma əminəm ki, o adam yenə bu məhkəmənin işinə də qarışacaq”.

Bu ədavətin nədən qaynaqlandığının səbəbini bilməyən Rəşad “axı 20 yaşlı gənc nə edə bilərdi ki?” sualını bizə yönəltdi.

Anası Rəhilə xanımın çox pis halda olduğunu bildirən Rəşad Kəsəmənli qardaşının da eyni vəziyyət olduğunu deyib: “Özünün halı çox pisdir. Zəng vurur ki, özümü öldürəcəm. Deyir, əgər ibadət etməsəydim özümü öldürərdim. Mən ona deyirəm ki, səbr elə”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin məhkəməsi olub. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

Məhkəmənin hökmü ilə Araz Kəsəmənliyə 8,4 il iş verilib. İttihama görə, 2012-ci ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbs edilib. 2013-cü ilin sentyabrın 17-də ona qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Nərmin


Müəllif: