28 Yanvar 2016 15:25
20 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com məşhurların şəxsi həyatı ilə bağlı kiçik bir araşdırma aparıb. Araşdırmanın nəticələrini təqdim edirik.

Flora Kərimovanın qəzada ölən həyat yoldaşı

İki dəfə ailəli olub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı İ.Topçubaşovun Flora Kərimovaya mahnı verməsiylə başlayıb. F.Kərimova ilə ailə quranda onların 20 yaş fərqləri var imiş. İ.Topçubaşovun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. F.Şəfiyev biznesmen olub. Flora Kərimova müsahibəsində qeyd edir ki, onunla evləndiyinə görə Faiq bəyi dəfələrlə həbs eləmək istəyiblər: “İbrahim kimi Faiqi də KQB-nin xalq nəzarəti komitəsinə, prokurorluğa çağırırdılar”.

Bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy qızının altı olanda avtomobil qəzasında dünyasını dəyişib. Xalq artisti iki nikahı barədə bunları deyib: “Həyat yoldaşımın biri ilə xoşbəxtliyimi başa düşmədim. Çünki çox gənc idim. O biri ilə xoşbəxtliyi duydum, amma əcəl əlimdən tez aldı”.

Flora Kərimovanın iki övladı – bir oğlu, bir qızı var. Qızı İngiltərədə, oğlu Almaniyada yaşayır”.

İlhamə Quliyeva niyə şəxsi həyatından danışmaq istəmir?

İlhamə Quliyeva xalq artisti Faiq Mirmöhsümov adlı şəxslə ailə qurub. Lakin qısa müddətdə bu evliliyə son qoyub. Şəxsi həyatı haqqında danışmağı sevməyən İ.Quliyeva mətbuata açıqlamasında həyat yoldaşının olduğunu və xarici ölkədə yaşadığını demişdi. Onun Orxan adlı bir oğlu var. İxtisasca hüquqşünasdır, texnika biznesi ilə məşğul olur”.

Nazpəri Dostəliyevanın haqq dünyasında olan həyat yoldaşı

Nazpəri Dostəliyeva Nəriman Quliyev adlı şəxslə ailə qurub. Əli və Əkbər adlı iki oğlu var. Nazpəri xanımın illər öncə ayrıldığı həyat yoldaşı indi haqq dünyasındadır. Xalq artisti çox erkən ailə qurduğunu açıqlayıb: “8-ci sinifi bitirməmiş ailə həyatı qurdum. Ailəni öz istəyimlə qurmamışdım. Tovuz rayonuna gəlin getmişdim. Həyat yoldaşımla 6 yaş fərqimiz var idi. O zaman universitetdə oxuyurdu. Həyat yoldaşımla ayrılmağımızın səbəbləri var idi. Biz ayrıldıqdan sonra o, ailə qurdu. Sənətimi çox sevirdim. Amma buna imkan vermirdilər. Hətta yemək bişirən zaman qorxurdum ki, göz yaşlarım içinə tökülər. Mənim başıma gələnlər başqasının başına gəlsəydi, indi xəstəxanada idi. Övladlarım, nəvələrim var. İkinci dəfə ailə qurmağı düşünmürəm”.

Almaz Ələsgərli və Lalə Məmmədova da ayrılanlar siyahısında

Almaz Ələsgərli ailə qurub, ayrılan məşhurlar sırasındadır. İki qızı var. Müğənni mətbuata açıqlamasında ikinci dəfə ailə qurmaq istəmədiyini deyib.

Lalə Məmmədova isə əməkdar artist İlham Qafarov adlı şəxslə ailə qurub. Amma iki qız anası olan Lalə xanım evliliyinə son qoyub. Müğənni açıqlamasında onun sevənlərin çox olduğunu və ikinci dəfə ailə qurmaq istəyini gizlətməyib”.

Rəqsanə


Müəllif: