12 İyun 2014 18:29
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatr sənətkarın həyat yoldaşına cavab verdi

“Durum yalandan deyim ki, teatrdan zəng ediblər, düz olmaz. Heç olmasa ötən illərdə İlham Namiq Kamal, Nazim Hacıəlibəyov gəlmişdi. Amma bu rəhbərlik səviyyəsində olmur. 80 illiyində isə teatr rəhbərliyi də qəbirüstünə gəlmişdi”. Bu sözləri AzNews.az saytına açıqlamasında Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova deyib.

Qeyd edək ki, bu gün şöhrət ordenli, xalq artisti Hacıbaba Bağırovun doğum günüdür.

Məsələ ilə əlaqədar Hacıbaba Bağırovun 1996-cı ildən direktoru, bədii rəhbəri və aktyoru olduğu Azərbaycan Dövlət Musiqili Teatrının mövqeyini öyrənməyə çalışdıq.

Teatrın mətbuat xidmətinin rəhbəri Sevda Babayeva Teleqraf.com- açıqlmasında mediada Arzu xanımın sözlərinin təhrif olunaraq yazıldığını bildirib:

“Birincisi, Arzu xanım o sözü elə formada deməyib. Yalnış yazılıb. Bunu Arzu xanımın özündən də soruşa bilərsiniz. İkincisi, teatrda Hacıbaba Bağırovla bağlı hər hansı tədbir gözlənilmir. Çünki bu gün Hacıbaba müəllimin doğum tarixidir, yubileyi deyil”.

Nərmin


Müəllif: