27 İyun 2015 22:54
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bugünkü oyunumuz qeyri-bərabər oldu. Yəni birinci partiyanı yaxşı oynadıq, qalanlarında uduzduq. Bu dəfə məqsədimizə çatmadıq. Amma komandamız mübarizə apardı və yaxşı oyun nümayiş etdirdi. Qarşıda bizi çoxlu yarışlar gözləyir. Onlara hazırlaşmalı və səviyyəli voleybol göstərməliyik.

Bu sözləri Azərbaycanın qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Aleksandr Çervyakov jurnalistlərə müsahibəsində söyləyib.

Məşqçi bildirib ki, bu gün Azərbaycan komandası azarkeşləri sevindirə bilməyib. Onun sözlərinə görə, buna psixoloji təzyiq də təsir göstərib.

Məşqçi deyib: "Serbiya komandasının reytinqi həmişə yüksək olub. Amma bu gün onları uda bilərdik. Komandamız fəndlər və psixoloji hazırlıq üzərində çox işləməlidir. Çünki idmançılarımız səhvə yol verən kimi özlərini dərhal ələ ala bilmirlər. Vəziyyəti düzəltmək üçün güclü rəqiblərlə daha tez-tez oynamalıyıq".


Müəllif:

Oxşar xəbərlər