10 İyun 2016 10:25
2 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq dayandırmaq qərarını verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mərasimdən əvvəl Ərdoğan Axıska türklərinin verdiyi iftar süfrəsində iştirak edib.

Dəfn mərasimi zamanı Ərdoğan tabutun üzərinə Kəbə örtüyündən bir parça qoymaq istəyib. Ancaq boksçunun yaxınları buna imkan verməyib və "Bunu özümüz qoyarıq" fikrini səsləndiriblər. Bundan başqa, Türkiyənin dini məsələlər üzrə naziri Mehmet Görməzin də mərasim zamanı Quran oxumasına icazə verilməyib. Bu hadisələrdən sonra Ərdoğan səfərini yarımçıq dayandırmağa qərar verib.

Samir


Müəllif:

Oxşar xəbərlər