Rusiya təcili sənaeysi inkişaf eləmiş 7 ölkənin sıralarına qatılmalıdır.
Belə bir açıqlama ilə Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabrael çıxış edib.
Teleqraf.com-un məlumatına görə, Almaniya naziri Russlandkontrovers.de saytına müsahibəsində bildirib ki, Rusiya dünyanın mühüm oyunçusudur, regional dövlət deyil: "Buna görə də mən Rusiyanı G7-yə qayıtmağa və bu qrupu yenidən G8-ə çevirməyə çağırıram".
Almaniya Sosial-Demokrat Partiyasına rəhbərlik edən Ziqmar Qabrael hesab edir ki, Rusiya problemlərə və fikir ayrılğına baxmayaraq əvvəllər olduğu kimi yenə də Almaniyanın mühüm iqtisadi tərəfdaşıdır.
Rusiya 2014-cü ilədək Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-la birgə dünyanın sənayesi ən çox inkişaf etmiş ölkələrdən ibarət G8 qrupunda təmsil olunub.
Krımın işğalından sonra Rusiyanın təmsilçilyi dayandırılıb.
Mahir