“Kumklao Sakola” özəl orta məktəbinin 11 müəllimi Tailandın sürət yolunda aşaraq yanan mikroavtobusda həlak olub.
Faciə 14 müəllim və sükan arxasında oturan məktəb administrasiyası əməkdaşı paytaxtdan 200 kilometr aralıda yerləşən Rayonq əyalətindəki filialından qayıdan zaman baş verib. Şinin partlaması nəticəsində sürücü idarəetməni itirib, mikroavtobus əvvəlcə baryerə çırpılıb, sonra isə aşaraq alovlanıb.
Qəzadan yalnız 3 müəllimənin və sükan arxasındakı administrasiya əməkdaşının sağ qurtardığı bildirilir. Onlar şüşəni qıraraq yanan avtobusdan çıxa biliblər.
İnsident nəticəsində həyatını itirən 11 nəfərin cəsədi yanaraq tanınmaz hala düşüb. ("Azərtac")