İngiltərənin Avropa Birliyindən çıxma referendumu müzakirələri çərçivəsində “Facebook” üzərindən canlı yayımlanan açıq iclasa qatılan İngiltərə Baş naziri David Kemeron gözlənilməz vəziyyətlə üzləşib.
Publika.az xəbər verir ki, iştirakçılar arasında olan Yasmin adlı bir gənc qadın söz istəyib və sözün əsl mənasında ağzını açıb, gözünü yumub. Nazirin üzünə “Ölkəni viran qoydunuz, tələbələri, əlilləri məhv etdiniz” deyən xanımın sözlərindən sonra David Kemeron gülə-gülə “səni çaşdırmaq istəməzdim” cavabını verib və söhbəti bitirib.
Bu dialoqdan sonra bütün salon gülüşüb.