13 İyun 2016 12:19
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın baş naziri Vladimir Qroysman İsveç-Ukrayna biznes forumunda diqqətçəkən açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışı zamanı Qroysman Ukraynanın Avropa Birliyinə üzvlüyü məsələsinə toxunub:

"Bunun üçün müəyyən vaxt lazımdır. Ukrayna 10 ildən sonra Avropa Birliyinin üzvü olacaq".

Qeyd edək ki, Ukrayna 2014-cü ilin iyun ayında Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalayıb. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, Ukraynanın Avropa Birliyinə və ya NATO-ya üzv olması üçün 20-25 il lazımdır.

Samir


Müəllif:

Oxşar xəbərlər