ABŞ-ın Florida əyalətinin Orlando şəhərindəki gey-kluba silahlı hücumun arxasında duran qüvvələrin kimliyi müzakirə edilməkdə davam edir. Olayla ilgili müxtəlif yanaşmalar ortaya qoyulur, arqumentlər irəli sürülür.
Ekspert Fərhad Mehdiyev hesab edir ki, Ömər Martin adlı əfqanın kluba silahlı hücumu yalnız Amerikadakı siyasi dairələrin maraqlarına cavab verir.
"ABŞ-dakı gey-klubda baş verənlərə aldanmayın. Bunun Amerikada dərin dövlət tərəfindən planlaşdırıldığını anlamaq çətin deyil. Kim edib? Trampın hədəfində olan müsəlman. Kimə qarşı? Demokratları dəstəkləyən geylərə qarşı. Buradakı haqq-hesab olduqca açıqdır. Məqsəd qərarsız olan seçicilərin səslərini Hillari Klintondan qoparıb Trampa yönəltməkdir", deyə ekspert bildirib.
F.Mehdiyevə görə, cinayəti Ömər Martinin üzərinə atmaq və sonra da onu aradan qaldırmaq çox asandır: "Görünən odur ki, dərin dövlət demokratların passiv xarici siyasətindən bezib, yenə respublikaçıların aqressiv xarici siyasətinə ehtiyac hiss edir. Bu, konsprirasiya versiyası deyil. Maraqlanan Vill Smizin oynadığı "The enemy of state" kinosuna baxsın".
Ayxan