14 İyun 2016 16:36
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO şərq sərhədlərində hərbi varlığını azaltmağa hazırdır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Alyansın yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, bunun üçün NATO-nun bir şərti var: “Əgər təhlükəsizliklə bağlı vəziyyət yaxşılığa doğru dəyişsə, bunu reallaşdırmaq olar. Hərbi varlığın artırılması Rusiyaya qarşı atılan addım deyil. Biz ətrafdakı hadisələri görüb, addımlarımızı atırıq”.

Diplomat əlavə edib ki, NATO-nun fəallığının azaldılması Rusiyanın fəaliyyətindən asılı olacaq: "Bunun üçün Moskva ilə dialoq çox vacibdir".

Qeyd edək ki, NATO Şərqi Avropada hərbi varlığını artırmaq, Baltikyanı ölkələr və Polşada 4 tabor yerləşdirmək fikrindədir.

Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq bu gün verdiyi açıqlamada daha bir taborun Rumıniyada yerləşdirilə biləcəyini deyib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı danışıqlar gedir.

Samir


Müəllif:

Oxşar xəbərlər