15 İyun 2016 20:13
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Moskvadakı səfiri "EURO2016"-da rus fanatlarının həbsilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com-un məlumatına görə, Nazirlikdən verilən açıqlamada səfir Jean-Maurice Ripertenin Lille şəhərinə gedən rusların həbs edilməsilə bağlı Rusiya diplomatik nümayəndəliyini bilgiləndirməməsinin qəbuledilməz olduğu qeyd edilir.

XİN Avropa futbol çempionatı ərəfəsində ruslara zərər verilməsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini bəyan edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jean-Marc Ayraulta məktub yazaraq bu cür halların təkrarlanmamasını istəyib.

Qeyd edək ki, fransız polisi Marseldə rus azarkeşləri daşıyan avtobusu saxlayaraq 6 nəfəri saxlayaraq deportasiya edib. Səbəb kimi İngiltərə-Rusiya qarşılaşmasında əvvəl iki ölkənin fanatları arasında düşən dava göstərilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər