İran ABŞ-a qarşı 2 milyard dollarlıq mənimsəmə ilə bağlı ittiham irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, Vaşinqton bu məbləği sanksiyalar səbəbindən İranın ABŞ-dakı dondurulmuş hesablarından mənimsəyib: "Göstərilən məbləğ 1983-ci ildə Livandakı ABŞ hərbi kazarmalarının partladılması zamanı həlak olan Amerika dəniz piyadalarının ailələrinə kompensasiya kimi paylanılıb. Vaşinqton bu hücumda İranı ittiham edib. İran hakimiyyəti hücumda iştirakını dəfələrlə inkar edib. Biz İran xalqının hüquqlarının müdafiəsi ilə məşğul olacağıq. Bu pullar İran xalqına məxsusdur. Onlar amerikalıların əlinə keçib və ABŞ Ali məhkəməsi qanunsuz olaraq bu pullara həbs qoyub".
O əlavə edib ki, ABŞ təkidlə bu pulların Livanda ölən amerikalılara çatmalı olduğunu deyir: "Bu amerikalılar Livanda nə edirdi? Bu məsələdə İranın hansı rolu var? Biz susmaq niyyətində deyilik. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə müraciət edilib".
Qeyd edək ki, Livanda baş verən terror aktı zamanı bomba yüklü avtomobil amerikalı dəniz piyadalarının qaldığı kazarmanın yaxınlığında partladılıb. Hadisə nəticəsində bina tamamilə dağılıb və 241 amerikalı həyatını itirib. Hücuma görə "Hizbullah" məsuliyyəti öz üzərinə götürüb.
Hadisədən sonra 1000-dən çox amerikalı İranı "Hizbullahı" dəstəkləməkdə və terror hücumunun təşkilində ittiham edib.
Samir