17 İyun 2016 12:43
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin noyabrın 24-də Su-24 qırıcısı ilə bağlı yaşanan olaydan sonra gərginləşən Türkiyə-Rusiya münasibətlərini normallaşdırmaq üçün Ankara yeni "yol xəritəsi" hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, yeni "yol xəritəsi" 9 maddədən ibarətdir: "Ankara hökuməti Rusiya ilə münasibətləri normallaşdırmaq üçün qarşılıqlı fəaliyyət planlaşdırır, ancaq vasitəçi ölkə istəmir. Türkiyə bu il dekabrın 15-dək Rusiya ilə münasibətləri Su-24 hadisəsindən əvvəlki səviyyəyə çatdırmağı hədəfləyib".

Qəzet Türkiyənin atacağı 9 addımı belə sıralayıb:

1. Avqustun 15-dək münasibətləri normallaşdırmaq;

2. Bu ilin dekabr ayınadək davam edəcək 6 aylıq mərhələnin ilk 3 ayında Türkiyə Rusiyada keçiriləcək bütün toplantılara uyğun nazirliklər səviyyəsində qatılacaq. Təmsilçilik nazir müavini, müşavir, baş direktor səviyyəsində olacaq;

3. Bu il sentyabrın 1-dək Rusiyaya dəymiş ziyanın müəyyələşdirilməsi və növbəti 3 ayda ziyanın qarşılanması;

4. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması üçün kütləvi infromasiya vasitələrinin yardımı ilə əlaqələrin quruluması;

5. Türkiyə dost və qonşu Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi üçün xüsusilə media sahəsində ictimai diplomatiyadan istifadə edəcək;

6. Orta Şərq məsələsində birgə fəaliyyətin təşkili;

7. Münasibətlərin normallaşması və yüksək səviyyəyə çatıdırılması üçün Rusiya ilə əlaqələrin bərpası prosesində köməklik göstərəcək qurumlardan ibarət işçi qrupunun yaradılması;

8. TOOB, TÜSİAD, MÜSİAD, TURSAB kimi təşkilatlarla əlaqələrin qurulmasına dəstək vermək;

9. Vasitəçi ölkəyə ehtiyac yoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər