14:23
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin intensiv hücumlarını davam etdirdiyi Qəzza zolağının şimalında küçə və prospektlərdə toplanan cəsəd qalaqlarının ekoloji fəlakətə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qəzzaya Tibbi Yardım Təşkilatının rəhbəri Muhammed Afeş jurnalistlərə verdiyi açıqlamada deyib.

Qəzzada həm tibb personalının, həm də tibbi ləvazimatların qeyri-kafi olduğuna diqqət çəkən Afeş, İsrailin xəstəxanaları və tibb qruplarını hədəf almağa davam etdiyini, həkimlərin Qəzzanın şimalına xidmət göstərə bilməyəcəyini, kritik əməliyyatlar aparacaq cərrahların qalmadığını söyləyib.

Afeş, Ümumdünya Səhiyyə Təşkilatının bölgəyə çox az miqdarda yanacaq və tibbi ləvazimat verdiyini və Beyt Lahiya qəsəbəsindəki Kemal Advan Xəstəxanasından yalnız 6 yaralının Qəzza şəhərinə köçürülə bildiyini qeyd edib.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları nəticəsində 2 milyona yaxın insan didərgin düşüb.

Ölənlərin sayının 44 min 900-ü ötdüyü, minlərlə insanın binaların dağıntıları altında itdiyi Qəzzada binalar, yaşayış məntəqələri və infrastruktur dağıdılıb, yerli əhali köç etmək məcburiyyətində qalıb.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər