17 İyun 2016 13:25
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Rusiya arasında ötən ilin payızında başlamış "təyyarə böhranı" ilə bağlı yeni iddialar ortaya çıxıb.

Teleqraf.com-un məlumatına görə, Türkiyədə dərc olunan "Yeni şəfəq" qəzetinin yazarı İbrahim Qaragül bunun bir "proje" olduğunu vurğulayıb: "Bizi oyuna salanlar Rusiyanı da oyuna saldılar. Rusiyanı oyuna salanlar bizə tələ qurdular".

Qaragül yazısında qeyd edib ki, Rusiyanı Türkiyə ilə qarşı-qarşıya gətirənlər Ankaranı girov aldılar, Türkiyəni özlərindən başqa əməkdaşlıq edə biləcəyi hər kəslə düşmən elədilər:

"Bu planların həm də xaricdən müştərək formada həyata keçirildiyini bilirik. Bənzər münasibətin Rusiyaya, Putinə qarşı da tətbiq edildiyi fikrini heç cür kənara qoya bilmərik. Rusiya cənubdan Türkiyəni əhatəyə almaq planına ortaq oldu. Türkiyəni təhdid edən terror təşkilatına dəstək verdi. Bu addımı atarkən yüz illərin siyasi əlaqələrini terror təşkilatına qurban verdi. Ancaq bu fəaliyyəti ilə həm də Suriyanı parçaladı.

Moskvanın yanlış addımları Suriyanın yenidən birləşmək şansını məhv elədi. Artıq PYD üzərindən fərlqi bir beynəlaxlq plan gerçəkləşdirilir. Rusiyanın yanlış addımları bu planı quranların əlinə oynadı".

Mahir


Müəllif:

Oxşar xəbərlər