İstanbulda metrobus qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı Söğütlüçeşme - Beylikdüzü istiqamətində hərəkət edən metrobus 5 metr yüksəklikdən aşıb. Qəza nəticəsində 10 sərnişin yaralanıb.
Hadisə yerinə çox sayda polis, səhiyyə və xilasetmə qrupu gəlib. İlkin ehtimallara görə, qəza metrobusun sürücüsünün yatması səbəbindən baş verib.
İlhamə