Oman hökuməti korporativ vergini artırmaqla büdcəyə 649 milyon dollar əlavə vəsait cəlb etməyi planlaşdırır.
Ölkənin qanunverici orqanı bu verginin dərəcəsini 12 faizdən 15 faizə qaldırmaq barədə qərarı təsdiq edib.
Bununla yanaşı, müəyyən meyarlara uyğun olaraq ölkədəki kiçik və orta müəssisələr cəmi 3 faiz dərəcə ilə korporativ vergi ödəyəcəklər. Hökumət dairələrindən bildirilib ki, “məmurlar ordusu” vergi qanunvericiliyini pozanları aşkar etmək üçün seçmə qaydada yoxlamalar aparacaq.
Korporativ vergini dövlətdən yayındıran sahibkarlar müqavilələrini davam etdirə bilməyəcəklər və onlara işçi vizaların verilməsi qadağan olunacaq. Statistikaya əsasən, bu ölkədə 20 min şirkət qeydiyyata alınıb ki, onlardan cəmi 4 mini korporativ vergini intizamla ödəyir.