20 İyun 2016 11:26
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Mahan-Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə İranın cənubunda baş verib.

Sərnişin təyyarəsi Xark adasının hava limanında yerə enərkən əsən güclü külək və qasırğa nəticəsində uçuş-enmə zolağından çıxıb.

Jurnalistlərə açıqlama verən İran Hava Yolları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rza Cəfərzadə bildirib ki, hadisə nəticəsində təyyarənin burun hissəsi ciddi zədələnsə də, sərnişinlər arasında ölən və ya yaralanan yoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər