ABŞ Dövlət katibi Con Kerri və Hollivud ulduzu Ancelina Coli Ümumdünya Qaçqlnlar Günü münasibətilə Dulles bölgəsinin Müsəlman Cəmiyyətinin təşkil etdiyi iftar proqramına qatılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toplantıda çıxış edən Kerri Ramazan ayının müsəlmanlar üçün vacibliyindən və hazırda dünyada hökm sürən miqrant böhranından danışıb.
O, çıxışına “As-salamu alaykum” deyərək başlayıb. Kerri bildirib ki, miqrantların hamısını bir ölkəyə toplasalar, dünyanın ən qarışıq 22-ci ölkəsi olacaq. Amerikalı diplomat bir qrup insan arasında müsəlmanlara qarşı yaranmış nifrət məsələsinə toxunub: "Müsəlmanlara qarşı nifrət yaratmaq terrorçuların əsas məqsədidir. Onlar insanları ABŞ və İslam arasında müharibənin olduğuna inandırmağa çalışırlar. Ancaq müsəlmanların sakit və təhlükəsiz şəraitdə yaşayacağı tək ölkə ABŞ-dır".
BMT-nin xoşməramlı səfiri Ancelina Coli də son illər miqrant sayının artmasına diqqət çəkib: "İnsanlar bərabər doğulub və hər kəsin haqları eynidir. Bəzi insanların digərlərindən daha dəyərli olduğunu düşünməsi demokratik ölkələrə yaraşmaz. Bəziləri daxillərində miqrantlara və əcnəbilərə qarşı nifrət hissi bəsləyir. Bu qəbuledilməzdir".
Samir