21 İyun 2016 21:16
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ xarici işlər naziri Con Kerri və BMT-nin xüsusi nümayəndəsi, aktrisa Ancelina Coli Beynəlxalq Miqrantlar Günü münasibətilə Dallas bölgəsində müsəlmanların iftar məclisinə qatılıblar.

Teleqraf.com xəbər verir ki, çıxışına "Səlamün əleyküm" deyərək başlayan Con Kerri müsəlmanların müqəddəs ayını "Ramazani Kərim" adlandırıb.

Kerriyə görə, dünyada bütün qaçqınları bir yerə toplamaq mümkün olsa, ora dünyanın ən qələbəlik 22 ölkəsindən biri olardı. Kerri miqrantların ABŞ üçün təhdid olmasına dair fikirləri sərt tənqid edib: "Bu, ümumiyyətlə, bizim üçün müzakirə mövzusu deyil. Bu insanların təhdid ünsürü olması ilə bağlı heç bir dəlil yoxdur. Miqrantlar cəmiyyətimizdəki hər hansı qrupdan daha təhlükəli deyil. İnsanları doğulduqları ölkə və ya dinlərinə görə ayırmaq ABŞ-ın fundamental dəyərlərinə ziddir. Müsəlmanlara nifrət püskürmək, onları hədəfə almaq terrorçu qrupların maraqlarına cavab verir. ABŞ və İslam arasında sanki müharibə varmış kimi görüntü yaratmaq istəyirlər, bu doğru deyil. Müsəlmanların azad yaşaması üçün ABŞ-dan daha əlverişli ölkə yoxdur".

Ancelina Coli isə bildirib ki, bütün insanlar anadan doğulanda eyni olublar: "İnsanları bir-birindən ayırmaq demokratik ölkələrə yaraşmaz".

Fərqli dinlərin təmsilçilərinin qatıldığı iftar məclisində ABŞ ordusunda xidmət etmiş müsəlman zabit mahnı oxuyaraq tədbiri rövnəqləndirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər