23 İyun 2016 12:55
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar partiyasından olan rəqibi Hillari Klintonu təhqir edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Klintonu "beynəlxalq yalançı" adlandırıb:

"Hillari Klinton, ola bilsin ki, bu günədək ABŞ-da prezidentliyə namizədliyini verən şəxslər arasında ən satqın adamdır. O, dövlət katibi olduğu dövrdə müstəbid rejimlərə rüşvət müqabilində yardım göstərib. İki il ərzində bu məsələdən Klinton 21,6 milyon pul qazanıb. Klinton dövlət katibi olduğu zaman çox sayda səhv siyasi qərarlar qəbul edib, İŞİD-in genişlənməsinin qarşısını ala bilməyib. Onun qərarları ölüm, tələfat və terrorçuluğun artmasına gətirib çıxarır".

Samir


Müəllif:

Oxşar xəbərlər