24 İyun 2016 15:48
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin rəhbəri Martin Şults və Avropa Komissiyasının sədri Jan-Klod Yunker Böyük Britaniyadakı referendumun nəticələri ilə bağlı birgə bəyanat yayıblar.

Teleqraf.com xəbər verir ki, bəyanat Avropa İttifaqı Şurasının rəsmi saytında dərc olunub:

"Britaniya xalqı azad və demokratik seçki nəticəsində Avropa Birliyindən çıxmaq qərarı verdi. Biz bundan təəssüflənsək də, bu qərara hörmət edirik. İndi biz Birləşmiş Krallığın Britaniya xalqının istəyini tez bir zamanda yerinə yetirməsini gözləyirik. İstənilən ləngimə qeyri-müəyyənliyin uzanmasına səbəb olacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər